Bu hədisdəki səhabənin adı nədir?

    26.02.2016
Kimdən: 
ABDULLAH
Sual: 
Cennetle mujdelenen sehabe. Ənəs rəvayət edir ki, biz Peyğəmbər ilə(ona və ailəsinə Allahın salavatı və salamı olsun) birgə oturmuşduq. O dedi: “İndi buraya Cənnət əhlindən olan bir kişi gələcək”. Bu vaxt ənsardan biri içəri daxil oldu. Onun saqqalından dəstəmazın suyu damırdı, sol əlində də ayaqqabılarını tutmuşdu. Ertəsi gün Peyğəmbər bir daha o sözləri dedi və yenə də həmin kişi içəri daxil oldu. Səhəri gün Peyğəmbər bir daha o sözləri dedi və yenə də həmin kişi içəri daxil oldu. Peyğəmbər çıxıb getdikdən sonra, Abdullah ibn Amr ibnul-As həmin kişinin ardınca gedib ona çatdı və dedi: “Atamla aramızda inciklik olub və and içmişəm ki, üç gü
Cavab: 

Salam aleykum. Qeyd edilən hədisdə həmin səhabənin adı deyilmir. Digər hədislərdən isə bu səhabənin kim olması məlum deyildir. Ənəs ibn Malik (Allah ondan razı olsun) deyir: "Biz Allah Elçisinin (salləllahu aleyhi və səlləm) yanında oturmuşduq.O dedi: "İndi sizə Cənnət əhlindən olan bir kişi görünəcək". Bizə Ənsardan bolan bir nəfər göründü. Saqqalından dəstəmaz suyu damcılayırdı. Ayaqqabılarını sol əlinə götürmüşdü. Səhərisi gün Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) dedikləri şeyləri eyni ilə təkrarladı. Yenə həmin kişi bizə görsəndi. Üçüncü gün olanda isə Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) dediklərini təkrarladı və eynilə həmin kişini gördük. Peyğəmbər (salləllahu aleyhi və səlləm) oradan getdikdən sonra Abdullah ibn Amr ibn əl-As (Allah ondan razı olsun) onu izləməyə başladı və ona dedi: “Mən atamla mübahisə etmişəm və üç gün onun yanına qayıtmayacağıma and içmişəm. Bir müddət məni qonaq saxlaya bilərsənmi?" O dedi: "Bəli". Abdullah ibn Amr onunla üç gün qaldı və gecə namazlarına qalxdığını görmədi. Ancaq Sübh namazına az qalmış oyanar, Allahı zikr edər, təkbir gətirərdi. Abdullah ibn Amr (Allah ondan razı olsun) dedi: "Onun bundan başqa xeyirli əməlini görmədim. Üç gün keçdikdən sonra sanki, onun əməlini kiçik görmək kimi dedim: "Ey Allahın qulu! Mənimlə atam arasında heç bir anlaşılmazlıq yoxdur. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) sənin üçün "İndi sizə Cənnət əhlindən olan bir kişi görünəcək" dediyini eşitdim. Üçündə də sən görsəndin. Sənin yanında qalaraq nə əməl etdiyini görmək istəyirdim. Eləcə də sənin etdiklərini etmək istəyirdim. Lakin, sənin böyük bir əməl etdiyini görmədim. Səni Peyğəmbərin (Allahın ona və ailəsinə salavatı və salamı olsun) müjdələdiyi mərtəbəyə çatdıran nə idi?""O belə cavab verdi: "Başqa bir şey deyil". Mən ondan ayrılınca o mənə dedi: "Bu sənin gördüyündən başqa bir şey deyildir. Amma mən müsəlmanlardan heç kimə qəlbimdə hiylə, aldatma və kin duymamışam. Allahın verdiyi bir xeyirdən dolayı heç kimsəyə əsla həsəd etməmişəm". Abdullah ibn Amr (Allah ondan razı olsun) dedi: "Elə səni bu mərtəbəyə yaxınlaşdıran budur". (İmam Əhməd, 12697, 12727). Nəzərə almaq lazımdır ki, bu hədis zəif hədislərdən hesab olunur.

Paylaş: