İşin düzəlməsi üçün niyyət orucu tutmaq olarmı?

    04.02.2014
Sual: 
Salam aleykum. İşin düzəlməsi üçün, niyyət edib oruc tutmaq olarmı?
Cavab: 

Aleykum salam. Şəriətə görə Allaha yaxınlaşdıran mənəvi ibadətlərlə, məsələn; (oruc, namaz, həcc, ümrə və.s buna bənzər əməllərlə) niyyət; şəirət dilində desək nəzir etmək olar. Sizin Allah qarşısında söz verdiyiniz nəzir orucu da bu əməllər sırasındadır. Lakin, Peyğəmbərimizin (Ona və ailəsinə Allahın salamı və salavatı olsun) şəriətində göstərildiyi kimi, niyyət edilən orucu tutmaq üçün, işin düzəlməsini gözləmək yox; ilk öncə niyyət olunan nəziri həyata keçirmək və bu cür ibadətlər əsnasında, hansısa bir işin düzəlməsi üçün Uca Allahdan yardım diləmək lazımdır. Peyğəmbərimiz (Allahın ona və ailəsinə salavatı və salamı olsun) əvvəl işin düzəlməsini gözləyib sonra edilən nəzirə "paxılın nəziri" demişdir.

Teqlər: 
Paylaş: