Yəcuc və Məcuc tayfaları haradan çıxacaq?

    04.02.2014
Kimdən: 
Muhammed
Sual: 
Salam aleykum. Yəcuc və Məcuc tayfalarının dəqiq cıxacağı yer haqqında nə deyə bilərsiniz?
Cavab: 

Aleykum salam.  Yəcuc və Məcuc tayfalarının çıxacağı yer tarixçilər arasında mübahisəli məsələ olaraq qalır və bu barədə dəqiq bir məlumat yoxdur. Məlumat üçün deyək ki, Yəcuc və Məcuc Adəm övladlarından olan və hal-hazırda mövcud olan iki tayfadır. Uca Allah Zülqərneynin hekayəsini bizə xəbər verərək belə buyurur: “Nəhayət, iki dağ arasına gəlib çatdıqda onların ön tərəfindən az qala söz anlamayan (yaxud danışıqları çox çətin başa düşülən) bir tayfa gördü. Onlar dedilər: “Ey Zülqərneyn! Yəcuc–Məcuc tayfaları bu ərazidə fitnə-fasad törədirlər. Bizimlə onlar arasında bir sədd çəkmək üçün sənə müəyyən məbləğ versək olarmı?” O, dedi: “Rəbbimin mənə verdiyi daha yaxşıdır. Gəlin öz qüvvənizlə mənə kömək edin, mən də sizinlə onlar arasında möhkəm bir sədd düzəldim! Mənə dəmir parçaları gətirin!” O, iki dağın arasını bərabərləşdirən kimi: “( (körükləri) üfürün!” – dedi. Zülqərneyn dəmiri od halına salınca: “Mənə ərimiş mis gətirin, onun üstünə töküm!” – dedi. Yəcuc-Məcuc tayfaları artıq nə səddi aşa bildilər, nə də onu dəlib keçə bildilər. Zülqərneyn dedi: “Bu sədd Rəbbimdən bəxş edilən bir mərhəmətdir. Rəbbimin təyin etdiyi vaxt, qiyamətə yaxın Yəcuc–Məcüc tayfalarının dünyanı bürüyəcəyi zaman gəldikdə isə Allah onu yerlə yeksan (dümdüz) edəcəkdir. Rəbbimin vədi haqdır!” Peyğəmbər (Allahın ona salavatı və salamı olsun!) demişdir: “Allah Qiyamət günü deyəcək: ”Ey Adəm! Dur, zürriyyətindən Cəhənnəmə düşəcəkləri qaldır!”... Sonra Peyğəmbər (Allahın ona salavatı və salamı olsun!) dedi: “Sizi müjdələyirəm! Bir nəfər sizlərdən, min nəfər isə Yəcuc və Məcucdan”. Qiyamətin əlamətlərindən olan Yəcuc və Məcucun çıxmasının nişanələri hələ Peyğəmbərin (Allahın ona salavatı və salamı olsun!) sağlığında görünməyə başlamışdı. Ummu Həbibə demişdir: “Bir gün Peyğəmbər (Allahın ona salavatı və salamı olsun!) dəhşətdən üzü qızarmış şəkildə yanımıza gələrək: ”Allahdan başqa ibadətə layiq ilah yoxdur! Yaxınlaşan şərrə görə vay olsun ərəblərin halına. Bu gün Yəcuc və Məcuc səddindən bu qədər dəlik açıldı.” – dedi və baş  barmağı ilə ondan sonra gələn barmağını halqa şəklində görsətdi.
Hüzeyfə ibn Useyd əl-Ğifaridən Allah ondan razı olsun belə bir rəvayət etmişdir: "Biz oturub bir şeylər xatırlayırdıq bu vaxt Peyğəmbər ona Allahın salavatı və salamı olsun gəldi və dedi: "Nə xatırlayırsız?" Dedilər: "Qiyaməti xatırlayırıq". Dedi: "Ondan öncə on əlamət görməyincə qiyamət qopmaz". Sonra bunları söylədi: "Duman, Dəccal, heyvan, günəşin batdığı yerdən doğması, Məryəm oğlu İsanın nazil olması, Yəcuc və Məcuc, Məşriqdə, məğribdə və Ərəbistan yarımadasında baş verəcək üç xüsuf, bu əlamətlərin sonuncusu insanları məhşər yerinə toplayan odun Yəməndən çıxmasıdır"" (Hədisi Müslüm rəvayət edib). 
 

Paylaş: