Konservi kəşf edən nəzəriyyə

    27.11.2013

Müasir bütpərəstliyin geniş yayılmasının səbəblərindən biri də təbiətin Yaradan olması düşüncəsinin insanlara aşılanmasıdır. İnsan və heyvanların sürfələrinin, eləcə də qida məhsulu ilə qidalanan və onu xarab edən bakteriyaların yaranmasını müşahidə edən alimlər qərara aldılar ki, bu canlı varlıqlar ətraf mühitdən yaranırlar. Təbiəti müasir bütə çevirən bu nəzəriyyə tez bir zamanda Allahın hidayətindən uzaq olan azğın insanların ürəklərində yerləşdi. Lakin bir müddət keçdikdən sonra məşhur fransız alimi Paster bu nəzəriyyənin batilliyini üzə çıxartdı. O sübut etdi ki, sürfələr və mikroblar ətraf mühitdən deyil, gözlə görünməyən kiçik hissəciklərdən yaranırlar. O, alimləri bu fikrin doğruluğunu təsdiq edən tutarlı sübutlar gətirdi: o, qidanı hava buraxmayan kip bağlanmış qabda qaynadaraq sterilizasiya etdi. Bundan sonra yeni bakteriyalar yaranmadı və qida xarab olmadı. Beləcə konserv sənayesinin əsasını qoyan bir nəzəriyyə yarandı.

Paylaş: