Muhəmməd Peyğəmbəri yuxuda görmək üçün nə etmək lazımdır?

    03.04.2016
Sual: 
Salamun əleykum Hz Muhəmməd peygəmbəri (s) yuxuda görmək istəyirəm nə eməliyəm Bunun üçün hansısa bir dua və ya bir zikr varmıdır
Cavab: 
Və aleykum Salam. Bu barədə hər hansı xüsusi bir dua və ya zikr yoxdur. Peyğəmbəri (Allahın ona və ailəsinə salavatı və salamı olsun) yuxuda görməmişdən qabaq müsəlman çalışmalıdır ki, günahlardan çəkinsin və əməlisaleh insanlardan olsun. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) buyurur: "Yuxunun doğruluğu yuxu görənin səmimiyyətindən asılıdır. Ən doğru yuxu görənlər danışığında ən doğru olanlardır". (Muslim, 4200). Həmçinin oxuyun: Yuxu haqqında
Teqlər: 
Paylaş: