Nə üçün əri zina edən qadınlara səbr etməyi məsləhət görürsünüz?

    08.05.2016
Kimdən: 
muselmanka91
Sual: 
Salam aleykum Əziz qardaşlar,siz niyə kişilərin qadınları üzərində olan bütün haqlarını xırdalıqlarına qədər bildirirsiniz.Amma qadınların haqlarına tam fikir vermirsiniz?Kişinin zina etmiş qadını boşanma haqqı olduğunu iddia edirsiniz.Amma qadınlar sual verəndəki,ərim və yaxud nişanlım zinakardır nə edim?siz srazu deyirsiz ki,"səbr etməlisiniz,bunun sınaq olduğunu düşünməlisiz.Boşanma tələb etmək böyük günahdır.Allah səbəbsiz yerə nigahın pozulmasına qəzəblənir və s."Məgər qadın boşanmaq istərkən ərin zinakar olması ciddi səbəb deyil?Məyər kişi boşanmaq istəyəndə Allah qəzəblənmir?Axı zina hər iki üçün böyük günahdır.Axı niyə qadının zinakar kişidən boşanma haqqı yoxdu,ərininsə var deyirsz?
Cavab: 

Və aleykum Salam. Biz heç bir sualda qadının zinakar kişidən boşanma haqqı olmadığını deməmişik. Xahiş edirik, belə bir şey olubsa, o sualın linkini bizə göndərin. Əri zina edən qadının boşanması icazəlidir və bu, boşanma üçün ciddi səbəbdir. Amma qadın boşandıqdan sonra özünün və uşaqlarının nə edəcəyini düşünməlidir. Cəmiyyətimizdə boşanmış qadınların yalnız bir qismi yenidən ailə qura bilir. Bu səbəbdən, qadının bir müddət səbr edərək ərinin islah olmasına çalışması, bunun üçün Allaha çoxlu dua etməsi daha yaxşıdır. Bu fayda vermədikdə, sözsüz ki, ərindən boşana bilər.

Teqlər: 
Paylaş: