İlan balığını yemək olar?

    12.04.2016
Sual: 
namaz qiliram,ilanbaligi yiye bilerem?
Cavab: 

Salam aleykum. İlan balığı ilana oxşasa da balıq sayılır və daima suda yaşayır. Daima suda yaşayan heyvanlar isə yeyilmək üçün halaldır. Uca Allah buyurur: "Həm sizin, həm də səfərdə olanların faydalanması üçün dəniz ovu və onu yemək sizə halal edildi". (əl-Maidə, 96). Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) belə buyurmuşdur: "Dənizin suyu təmiz, ölüsü də halaldır". (İbn Məcəh, 38).

Paylaş: