Kunyə götürmək olar? Başqası üçün dua etməkdə savab var?

    18.04.2016
Sual: 
salam eleykum.boynunda kunye gezdirmek olar?2.basqasi ucun dua etmeyin savabi nedir?
Cavab: 
Və aleykum Salam.
1. Kunyə - əsasən birinci övladın adı ilə bağlı olur. Məsələn, birinci övladın adı Əlidirsə, atasını Əbu Əli, uşağın adı Fatimədirsə Əbu Fatimə kimi çağırmaq olar. Bu kişilərə aid olanda belə olur. Qadınlara aid olanda isə Ummu Əli və ya Ummu Fatimə kimi çağırmaq olar.
2. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) buyurur: "Həqiqətən, müsəlman bəndənin yanında olma­yan qardaşı üçün etdiyi dua qəbuldur. Dua edənin başı üstə təyin olunmuş bir mələk vardır. Qardaşı üçün dua edib hər dəfə xeyir dilədikdə mələk: "Amin! Sənə də onun misli qədər çatsın!" - deyir. (əl-Buxari "Ədəbul-Mufrad", 625). Bu yalnız müsəlmanlara aiddir. Qeyri-müsəlmanlar üçün yalnız hidayət istəmək olar.
Teqlər: 
Paylaş: