Yuxuda gördüyüm cinə inanmaq olar?
Sual:
Salam aleykum. Bir neche il evvel yuxuda cin gordüm. Chox ecaib bir shey idi ve berk qorxdum. Yuxuda mene onunla getmeyi teklif etdi. Men ise getmedim. O da mene hirslenib dedi ki, xetrime deydin haa, gelmedin menimle. Amma seni toyun gunu aparacam o gunden o soz aglimdan chixmir. Chox qorxuram. Sizce bele bir shey ola biler?
Cavab:
Aleykum salam. Bu, sadəcə vəsvəsədir. Belə yuxulara əhəmiyyət vermək lazım deyil. Peyğəmbərimiz (Allahın Ona salavatı və salamı olsun) buyurmuşdur: “Yaxşı yuxu Allahdandır. Sizlərdən biriniz yaxşı yuxu görərsə, o yuxunu yalnız sevdiyi adama danışsın. Xoşuna gəlməyən bir yuxu gördükdə isə, həmin yuxunun və şeytanın şərindən Allaha sığınsın. O, üç dəfə tüpürsün və yuxusunu heç kəsə danışmasın. Əgər belə edərsə bu yuxu ona zərər verməz”. (Buxari, 6985).
Həmçinin belə yuxulardan qorunmaq üçün yatmazdan əvvəl, "Ayətul-kursi", "İxlas", "Fələq" və "Nas" surələrini oxumaq lazımdır.
Daha ətraflı bu linklərdən oxuyun:
Yuxu haqqında
Yuxuda rəhmətə getmiş insanı görmək nə mənaya gəlir?