Qızım dünyasını dəyişdiyi üçün mənə çox çətindir, nə edim?

    04.05.2016
Kimdən: 
Natavan
Sual: 
Mənim 3 övladım varidi.2oğlan,bir qızım.qızımın 14 yaşı var idi. 2ay bundan qabaq avtamobil qəzasında vəfat edib.mən qızımı hec cürə yaddan cıxara bilmurəm.amma mən övladımnan cox razı idim.tək mən yox bütün qohum əqrabalar,müəlimələridə balamnan razı idilər.cox ağlllı,tərbiyəli,abırlı,savadlı övlad idi.mən onsuz yaşaya bilmirəm.cox cətinlik cəkirəm.nə edim?
Cavab: 
Salam aleykum. Ölən uşaqlar haqda Peyğəmbərin (Allahın ona və ailəsinə salavatı və salamı olsun) bir çox müjdə verici hədisləri vardır. Səbr edin və Allaha yönəlin ki, Cənnətdə övladınızla bir yerdə olasınız. Allah sizə səbr versin və qızınıza rəhm etsin. Həyatınızı davam edin və Allaha yaxınlaşmağa çalışın. Bu da Ona ibadətlə mümkündür. Peyğəmbər (Allahın ona vəailəsinə salavatı və salamı olsun) demişdir: "Uca Allah buyurur: "Mən mömin qulumun sevdiyi yaxın adamının canını alsam, sonra o buna (səbir edib axirətdə əvəzini alaca­ğına) ümid edərsə, Mənim ona verəcəyim mükafat ancaq Cənnət olar". (əl-Buxari, 5944). Həmçinin oxuyun:
Ölmüş körpə üçün ağlamaq
Malik ibn Dinarın yuxusu
Səbir edənləri müjdələ!
Namaz qılmağın qaydası 
Teqlər: 
Paylaş: