Allahın adı yazılanda mötərizədəki qısaltmalar nəyi bildirir?

    12.02.2014
Sual: 
Salam aleykum.Allahin adi yazilanda,yaninda,moterizede c.c . ve yaxud s.t.yazilir.Bu nece deyilir ve menasi demekdir?
Cavab: 

Aleykum salam. Uca Allahın adı yazılanda qısa şəkildə s. t. "Subhənəhu və təala", c. c. "cəllə cələluhu" yazılır. Subhənəhu və təala sözünün mənası bütün nöqsanlardan uzaq olan Uca Allah deməkdir. Cəllə cələluhu sözünün mənası isə şanı uca olan Allah deməkdir.   

Paylaş: