Yaxşılığa görə minnət qoyanda əldə etdiyi savabı qalırmı?

    14.02.2014
Sual: 
salam aleykum kimese yaxsiliqlar edesen sora o elediyin yaxsiligi basa vuranda bunun savabi qalirmi? zarafatcada etmis olarken bile?
Cavab: 

Aleykum salam. Uca Allah buyurur: "Xoş bir söz və günahları bağışlamaq əziyyətlə (minnətlə) verilən sədəqədən daha yaxşıdır. Allah ehtiyacsızdır, həlimdir! Ey iman gətirənlər! Sədəqələrinizi malını riyakarlıqla (özünü xalqa göstərmək üçün) sərf edən, Allaha və axirət gününə inanmayan şəxs kimi, minnət qoymaq və əziyyət verməklə puça çıxarmayın. Belə şəxslərin halı, üzərində bir az torpaq olan qayaya bənzər ki, şiddətli bir yağış o torpağı (yuyub) aparar və qayanı çılpaq bir daş halına salar. Onlar qazandıqlarından bir şeyə qadir (nail) olmazlar. Şübhəsiz ki, Allah kafirləri haqq yoluna yönəltməz!" (əl-Bəqərə, 263-264).
  

Paylaş: