Uşaqlıqda burnum zədələnib, bunun məndə kompleks yaratması günahdırmı?

    08.05.2016
Kimdən: 
Fatimə
Sual: 
salam mən sizə bir sual vermək isdərdim. Mən uşaqlıqda burnumla bağlı qəza keçirmişəm və burnum pis hala düşüb,qeza keçirəndən bəri nə rahat nəfəs ala bilirəm nə yata bilirəm yəni yatanda ağzı açıq yatıram və həmdə bunları mən özümə kompleks edirəm bu nə dərəcədə düzgündü yəni bu etdiyim kompleks günahdırmı? Xahiş edirəm sualımı tez bir zamanda cavablandırında.ALLAH SİZLƏRDƏN RAZI OLSUN
Cavab: 

Və aleykum Salam. Allahın qədəri ilə baş vermiş hər hansı bir hadisəyə görə başqalarından utanmaq və narahat olmaq düzgün deyil. Qəza nəticəsində nəfəs almağınız çətinləşibsə və dediyiniz hallar yaranıbsa, cərrahiyyə əməliyyatı etdirə bilərsiniz. Daha ətraflı: Estetik cərrahiyyə əməliyyatı hansı hallarda icazəlidir?

Teqlər: 
Paylaş: