Allah ürəkdə edilən duanı eşidir?

    26.05.2016
Kimdən: 
Ayka
Sual: 
Salam.men ureyimde dua edirem en coxda geceler yatmamiwdan qabag dodagim terpenmeden ancaq uretimde.Allah urekde edilen duani esidir? Xahis edirem cavab yazasiniz
Cavab: 

Və aleykum Salam. Bəli, Allah ürəkdə edilən duanı da bilir. Uca Allah buyurur: "De: "Kökslərinizdə olanı gizlətsəniz də, üzə çıxarsanız da, Allah onu bilir. O, göylərdə və yerdə olanları da bilir. Allah hər şeyə qadirdir". (Ali-İmran, 29). Lakin, dodaqlarınız tərpənərək etməniz daha düzgün olar. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) de­miş­dir: "Uca Allah buyurur: "Qulum dodaqlarını tərpədərək Məni yad etdikcə Mən onunlayam". Hədisdəki "Mən onunlayam" - ifadəsinin mənası, "Mənim yardımım, müvəffəqiyyətim və onu məqsədinə çatdırmağımla onunlayam" - deməkdir. (İbn Məcəh, 3792). Həmçinin, oxuyun: Dua etdikdə dodaqlar tərpənməlidirmi?

Teqlər: 
Paylaş: