Ər-arvad arasında olan şeyləri hamıya danışmaq düzgündür?

    27.05.2016
Kimdən: 
Natiq
Sual: 
Toy gecesi er arvad arasinda yaxinliq olmayib ve bu uzden ayrilaraq xanim bunu hamiya deyir ne uste ayrldiqlarini bu gunahdir?
Cavab: 
Salam aleykum. Ər-arvad arasında olan şeyləri başqalarına danışmaq dinimizdə qadağandır. Əsma bint Yezid deyir ki, mən Peyğəmbərin (Allahın ona və ailəsinə salavatı və salamı olsun) yanındaydım və orada başqa kişi və qadınlar da əyləşmişdilər. Bu zaman Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) dedi: "Bəlkə hansısa kişi ailəsi ilə etdiyini, qadın da əri ilə etdiyini başqasına danışır?" Hamı sakit durdu. Mən isə dedim: "Bəli, ey Allahın Elçisi. Allaha and olsun ki, bunu qadınlar da edir, kişilər də". Peyğəmbər (salləllahu aleyhi və səlləm) dedi: "Belə etməyin. Bu, yolda gedən bir şeytanın qarşısına çıxan şeytanı ilə, insanların gözü önündə cinsi əlaqəyə girməsinə bənzəyir". (İmam Əhməd, 16/223). 
Həmçinin, sizin dediyiniz bu əməl eyib açmaqdır. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) buyurur: "Kim müsəlman qardaşının eybini örtərsə, gizlədərsə, Allah qiyamət günü onun eyiblərini gizlədər və kim onun eyiblərini açarsa, Allah onu, evində gizlənsə belə, ifşa edər". (İbn Məcəh, 2546).
Teqlər: 
Paylaş: