"Qüdsi hədislər" və "Riyazus-Salihin" kitablarını oxumaq olar?

    08.06.2016
Kimdən: 
Emin
Sual: 
Hedisi qudsi ve riyazus salehin(imam nevevi) kitablarinioxumaq olarmi?
Cavab: 

Salam aleykum. Hədisi Qüdsi - yəni qüdsi hədislər deməkdir. Qüdsi hədisdə Allah Kəlamı olduğuna görə belə adlanır. Məsələn, Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: “Allah bir qulunu sevdiyi zaman Cəbrailə: “Allah filankəsi sevir, sən də onu sev!”– deyə buyu­rur, Cəb­rail də həmin adamı sevir. Sonra Cəbrail səma əhlinə xitab edib: “Allah filankəsi sevir, siz də onu sevin!”– deyir, səma əhli də onu sevir. Daha sonra yer üzərində olanların da ona rəğbət bəslə­məyə başlayırlar.” (əl-Buxari, 3209).
"Riyazus-Salihin" görkəmli İslam alimi Yəhyə ibn Şərəf ən-Nəvəvinin (Allah ona rəhm etsin) yazdığı əsərdir. Burada 2000-dən çox hədis var. Bu hədislər bir çox mövzuları əhatə edir. Ona görə də bu kitabı bütün müsəlmanların oxuması məsləhətir.

Paylaş: