İslam dini aktyorluğa necə baxır?

    20.06.2016
Sual: 
Salam Aleykum.Islam dini incesenete aktyorluga diger senetlere nece baxir?
Cavab: 
Və aleykum Salam. Müasir filmlərin əksəriyyətində zina (ailədən kənar münasibətlər), kriminal, içki, yalan və s. günahlar təbliğ edildiyinə görə, aktyorlar da bu şeylərin təbliğatçısına çevrilirlər. Pis əməlləri təbliğ etmək isə günahdır. Uca Allah buyurur: "Kim yaxşı bir işə vasitəçilik etsə, ona (bunun) (savabından) bir pay düşər, kim də pis bir işə vasitəçilik etsə, ona da (onun günahından) bir pay düşər..." (ən-Nisə, 85). 
Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: "Vay olsun insanları güldürmək üçün yalan danışanların halına, vay olsun, vay olsun!". (Əbu Dəvud, 4992; əd-Dərimi, 2758).
Həmçinin, peyğəmbərlərin, səhabələrin, qeyb aləminə aid olan mələklərin və ya şeytanların obrazlarını yaratmaq, kişilərin qadın, qadınların da kişi rolu oynaması qadağandır. İnsanlara fayda verən hər hansı bir maarifləndirici sənədli filmlərə isə çəkilmək olar. İncəsənət isə geniş sahədir, icazəli olan və haram olan növləri var.
Paylaş: