Xəstəlikdən qorunma duası

    01.06.2016
[Allahummə inni əuzu bikə minəl-cununi vəlcuzami vəl-bərasi və min seyyiil-əsqam]
“Allahım, albinosluqdan, divanəlikdən, cüzamdan və pis xəstəliklərdən Sənə sığınıram” (Səhih ən-Nəsai, 3/ 1116)

[Allahummə inni əs-əlukə filəl-xayrat və tərkəlmunkərati və hubbəl-məsakin və ən təğfira li və tərhəməni və izə əradtə fitnətə qaumin fətəvaffəni ğeyra məftunin və əs-əlukə hubbəkə və hubbə mən yuhibbukə və hubbə aməlin yuqarribuni ilə hubbikə]
 “Allahım, xeyirxahlıq etməyi, pisliklərdən çəkinməyi, miskinləri sevməyi, məni bağışlamağını, mənə rəhm etməyini və hər hansı qövmə bəla göndərmək istədikdə bəla mənə toxunmazdan əvvəl canımı almağını Səndən istəyirəm. Sənin məhəbbətini və Səni sevənin məhəbbətini qazanmağımı, Sənin məhəbbətinə yaxınlaşdıracaq hər bir əməli sevməyimi Səndən istəyirəm” (İmam Əhməd, 5/ 243). 

[Allahummə inni əs-əlukə minəl-xeyri kullihi acilihi və əcilihi mə alimtu minhu və mə ləm ə'ləm və əuzu bikə minəş-şərri kullihi acilihi və əcilihi mə alimtu minhu və mə ləm ə'ləm. Allahummə inni əs-əlukə min xeyri mə sə-ələkə abdukə və nəbiyyukə və əuzu bikə min şərri mə azə bihi abdukə və nəbiyyukə. Allahummə inni  əs-əlukəlcənnətə və mə qarrəbə ileyhə min qaulin əu əməl və əuzu bikə minən-nari və mə qarrəbə ileyhə min qaulin əu əməl və əs-əlukə ən təc'alə kullə qadain qadaytəhu li xeyran]
“Allahım, bildiyim və bilmədiyim, tez və gec olan bütün xeyrləri Səndən istəyir və şərlərdən Sənə sığınıram. Allahım, qulun və peyğəmbərinin (ona Allahın salavatı və salamı olsun) Səndən istədiklərini Səndən istəyir və sığındığı şərlərdən Sənə sığınıram. Allahım, Cənnəti və ona yaxınlaşdıran hər bir söz və əməli Səndən istəyir, Cəhənnəmdən və ona yaxınlaşdıran hər bir söz və əməldən Sənə sığınıram. Səndən mənim üçün yazdığın hər bir hökmün xeyrli olmasını istəyirəm” (Səhih İbn Macə, 2/ 327) 

[Allahummə-hfəzni bil-islami qaimən vəhfəzni bil-islami qaidən vəhfəzni bil-islami raqidən və lə tuşmit bi aduvvan və lə hasidən. Allahummə inni əs-əlukə min kulli xeyrin xazainuhu biyədikə və əuzu bikə min kulli şərrin xazainuhu biyədikə]
“Allahım, məni ayaq üstə, oturan və uzanan yerdə İslam ilə mühafizə et. Düşməni və paxılı (mənə qarşı) sevindirmə. Allahım, xəzinəsi Sənin Əlində olan xeyri Səndən istəyir və xəzinəsi Sənin Əlində olan şərdən Sənə sığınıram!” (əl-Hakim, 1924) 

[Allahummə inni əuzu bikə minəl-fəqri vəl-qilləti vəz-zilləti və əuzu bikə min ən əzlimə əu uzləmə]
“Allahım, kasıbçılıqdan, qıtlıqdan, rüsvayçılıqdan, zülm etməkdən va ya mənə zülm edilməsindən Sənə sığınıram!” (Səhih ən-Nəsəi, 3/ 1111). 

[Bismilləəhi ərqikə, min kulli şeyin yu'ziikə, min şərri kulli nəfsin əuv ayni həəsidin. Allaahu yəşfiykə, bismilləəhi ərqiikə]  
"Allahın adıyla səni sənə əziyyət verən hər bir nəfsin şərindən, nəzərindən və həsədindən ruqyə edirəm. Allah sənə şəfa verər. Allahın adıyla səni ruqyə edirəm!" (Muslim, 5829). 

[Əzhibil-bə'sə, Rabbən-nəəs, va-ş'fi əntə-ş-Şəəfi, ləə şifəə-ə illəə şifəəukə, şifəə-ən ləə yuğaadiru səqamən] 
"Xəstəliyi apar, ey insanların Rəbbi, Sənin şəfandan başqa şəfa yoxdur, Ona elə bir şəfa ver ki, bundan sonra heç bir xəstəlik qalmasın!" (əl-Buxari, 5675). 

[Bismilləəhi yub'riykə va min kulli dəəin yəşfiykə, va min şərri həəsidin izəə həsəd', va şərri kulli zii aynin]
"Hər bir xəstəlikdən sənə şəfa verən, həsəd aparanın həsədinin şərrindən və hər bir  nəzəri dəyənin şərrindən qoruyan Allahın adı ilə!" (Muslim, 4055).

Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) həmçinin demişdir: 
"Əlini bədənində ağrı hiss etdiyin yerə qoy! Sonra üç dəfə "Bismilləəh" və yeddi dəfə "Əuuzu billəəhi va qud'ratihii min şərri məə əcidu və uhəəziru" de

"Hiss etdiyim və çəkdiyim ağrıların şərindən Allaha sığını­ram". (Muslim, 4082). 

Yeddi dəfə: "Əs’əlullaa­həl-aziymə Rabbəl-arşil-aziymi ən-yəşfiyə­kə" 
"Böyük Ərşin Rəbbi olan Əzəmətli Allahdan diləyirəm ki, sənə şəfa versin!" (ət-Tirmizi, 2083).