Yeməyi yalnız iftar və sahurda yemək lazımdır?

    29.06.2016
Sual: 
Salamin aleykum size bu suali verirem:sadece imsakda ve iftarfami yemek yemek lazimdim? Xaiş edirem cavab yazin.
Cavab: 

Və aleykum Salam. Oruc vaxtı Sübh namazının girdiyi vaxtdan Məğrib namazının girdiyi vaxta qədər yeyib-içmək olmaz. Yerdə qalan müddətdə istədiyiniz vaxt yeyə bilərsiniz. Uca Allah buyurur: "Dan yeri söküləndə ağ sap (şəfəq) qara sapdan (gecənin qaranlığından) seçilənə qədər yeyin-için. Sonra gecəyədək orucunuzu tamamlayın". (əl-Bəqərə, 187).

Teqlər: 
Paylaş: