təbabət

Yoluxucu xəstəlikdən qorunmağın 10 yolu

    21.03.2020

Uca Allah buyurur: “İnsanların öz əlləri ilə et­diyi əməllərinin nəticəsi ola­raq qu­ru­da və də­nizdə fə­sad törə­yir ki, Allah onlara, etdik­lə­ri­nin bir qis­mi­ni daddırsın. Bəl­kə, onlar haqqa qayıdalar. De: “Yer üzünü gəzib do­laşın və əvvəlkilərin aqibəti­nin ne­cə ol­duğuna baxın. On­ların çoxu Allaha şərik qoşan­lar idi” (ər-Rum, 41-42).

Peyğəmbərin buyurduğu müalicəvi vasitələr

    16.07.2018
Bal arısı

      Elə bir insan tapılmaz ki, həyatı boyu hər hansı bir xəstəlik keçirmiş olmasın. Hətta Uca Allahın ən sevimli bəndələri olan peyğəmbərlər də xəstəliklərə məruz qalmışlar. Qurani Kərimdə Uca Allah Əyyub peyğəmbərin ağır xəstəliyə tutulması, səbir göstərərək xəstəliyə sinə gəlməsi və uzun illərdən sonra duasını qəbul edib şəfa verməsi haqda danışır. Uca Allah buyurur:
"Əyyubu da yada sal! Bir zaman o, Rəbbinə yalvarıb demişdi: “Mənə, həqiqətən də, bəla düçar olubdur. Sən rəhmlilərin ən rəhmlisisən!” (əl-Ənbiya, 83).

Hicamə - qan alma üsulu ilə müalicə

    29.01.2015

Hicamə sözü sormaq deməkdir. Hicamə müalicə məqsədi ilə başın və ya bədənin müəyyən yerlərini neştərlə və ya hər hansı bir kəsici alətlə kəsərək qan çıxartmağa deyilir.
Hicamə üsulu ilə müalicə qədim dövrlərdə Çində və Babildə geniş istifadə olunurdu. O vaxtlar insanlar bu məqsədlə dəmir camdan və ya öküzün buynuzundan istifadə edirdilər. Bunları dərinin üzərinə qoyduqdan sonra içərisindəki havanı sorub qan alırdılar. Müasir dövrdə isə şüşə və vakuum bankalardan istifadə olunur. 

Zeytun mübarək ağacdır

    10.10.2014

Zeytun ağacı Cənubi Avropa, Afrika, Cənubi Asiya və Avstraliyanın mülayim isti və tropik zonalarında yayılmışdır. 20-yə yaxın növü vardır. Zeytun həmişəyaşıl halda müxtəlif çətir formasında olur. Çətirinin diametri 2 metrə qədər çata bilir. Yarpaqlarının üst hissəsi tutqun yaşıl, alt hissəsi gümüşü – parlaq, kənarları burulmuş halda olur. Yarpaqları 2–3 il tökülmədən ağacın üzərində qalır. Meyvəsi birtoxumludur, lətli, yağlı yanlığı var, toxumları uzunsov, qonur rənglidir. Zeytun may-iyun aylarında çiçək açır, meyvələri oktyabr-noyabrda yetişir.

Quranla müalicə

    30.03.2014

Ruqya oxumaq şəfa tapmaq məqsədilə Quran ayələri və ya Peyğəmbərin - ona Allahın salamı və salavatı olsun - istifadə etdiyi zikr və duaları əlini xəstənin başına və ya ağrı olan yerinə qoyaraq oxumağa deyilir. Ruqya sığınmaq, qorunmaq mənasını verən kəlmədir. Peyğəmbər həm özünə, həm də başqalarına ruqya edər­di, habelə həm Cəbrail, həm də Aişə (Allah ondan razı olsun) ona ruqya edərdilər, həmçinin səhabələr (Allah onlardan razı olsun) də ruqya edərdi. Uca Allah buyurur:

Sehr nədir?

    26.03.2014
Qütb parıltısı

Sehr (cadu) sehrləndirilən adama, onun qəlbinə və yaxud ağlına dolayı yolla təsir etmək üçün cadugərin dediyi və ya yazdığı söz, yaxud da etdiyi bir şeydir.