Orucu tutub sonra qüsl almaq olar?

    12.07.2016
Kimdən: 
Elcin
Sual: 
SalamAleykum. Əvvəlcədən thəşşəkürlər. Orucu tutub, daha sonra qüsul alaraq sübh namazını qıla bilərəmmi ???
Cavab: 
Və aleykum Salam. Bəli, oruc ola-ola qüsl almaq olar. Qüsl almaq orucu batil etmir. Ağız və ya burundan qəsdən su udulmadıqca yuyunmaq və ya qüsl almaq orucu pozmur. Necə ki, Aişə və Ummu Sələmə (Allah onlardan razı olsun) Peyğəmbərimizin (salləllahu aleyhi və səlləm) Ramazanda günəş doğduqdan sonra qüsl almış olduğunu xəbər vermişlər. (əl-Buxari). Qeyd edək ki, dəstəmaz və qüsl alarkən ağızı və burunu yaxalamaq mütləqdir. Sadəcə oruc olan adam ağıza və buruna suyu dərindən almır. Daha ətraflı:
Qüsl necə alınır və onu pozan amillər hansılardır?
Yuxuda qeyri ixtiyari cünub olmaq və buna görə qüsl almaq orucu pozurmu?
Paylaş: