Ərim namaz qılmağa qoymur, nə edim?

    25.07.2016
Sual: 
salam men namaza baslamisam ancaq yoldasim meni namaz qilmagima razi deyil meni soyur agzin geleeni mene deyir men ne etmeliyem?
Cavab: 
Və aleykum Salam. Namaz qılmaq məsələsində Allahdan qeyrisinə itaət etmək olmaz. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Xaliqə (Allaha) asi olmaqda məxluqa (yaradılmışa) itaət edilməz". (İmam Əhməd, 1095). Fitnə çıxarmayacaq şəkildə namazlarınıza davam edin və ərinizə kefinin yaxşı olduğu vaxtlarda səbirlə nəsihət edin ki, o, həm özü namaz qılmalı, həm də sizə namaz qılmağa mane olmamalıdır. Əksinə namaz qılmağa təşviq etməlidir. Daha ətraflı: 
Ərim və qaynanam namaz qılmağa qoymurlar...
Teqlər: 
Paylaş: