Ərim və qaynanam namaz qılmağa qoymurlar, nə edim?
Sual:
SALAMUN ALEYKUM.Men bir sual vermek isteyirem texminen 4ay bundan once namaz qilirdim her ezan verilende hevesle namazima baslamaq isteyirdim ama namaz qilmagim cox cekmedi meni evde qaynanam ve yoldawim qoymadi mene dedilerki menim evimde namaz qilma bele isteyirsen get blokda qil men cox pis oldum yoldasimda mene eger namaz qilsan seni qoymayacam qilmaga men o gunden bugune ozmu gunahkar hiss edirem bilmiremki ne edim mene komek eliyin cox xahiw edirem sizden
Cavab:
Və aleykum salam. Namaz qılmaq hər bir həddi-büluğa çatan və ağlı başında olan müsəlmana vacibdir. Namaz qılmayan və ya buna səhlənkar yanaşan isə böyük günah daşıyır. Uca Allah buyurur: "Onlardan sonra namazı tərk edib şəhvətə uyan bir nəsil gəldi. Onlar (Cəhənnəmdəki) Ğayy dərəsinə atılacaqlar". (Məryəm, 59).
Namaz qılmaq Allahın əmri olduğu üçün, buna mane olan insanlara tabe olmaq lazım deyil, əksinə, gizlində də olsa, namaz qılmağa çalışmaq lazımdır. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Allaha asi olmaqda heç kimə itaət edilməz, itaət yalnız yaxşı şeylərdədir". (Səhih əl-Buxari, 6830, 7257; Səhih Muslim, 1840).
Həmçin demişdir: "Xaliqə (yaradana) qarşı olan günah işlərdə məxluqa (yaradılmışa) itaət etmək olmaz". (İmam Əhməd, 1098).
Əgər kim Allahdan qorxaraq heç bir çətinliyə baxmadan onun əmrlərini yerinə yetirərsə, bu yolda qarşıya çıxacaq hər cür təhlükdən Uca Allah onu qoruyar və ona bir çıxış yolu göstərər: "...Allahdan qorxana, Allah çıxış yolu göstərər və ona təsəvvürünə gətirmədiyi bir yerdən ruzi bəxş edər. Kim Allaha təvəkkül etsə, Allah ona kifayət edər. Allah Öz əmrini yerinə yetirəndir...". (ət-Talaq, 3-4).
Sizə namaz qılmağa icazə verməyənlər onları yaradan və ruzi verən Allahın haqqına girməklə böyük günah qazanırlar. Hətta bu, kafirlərin xüsusiyyətlərindən və əməllərindən sayılır. Əgər onlar bu əməlindən tövbə etməzsə, onları şiddətli əzab gözləyə bilər. Peyğəmbərimizin dövründə ona namaz qılmağa mane olan şəxs haqqında Uca Allah belə buyurur: "Gördünmü o kəsi ki, mane olur bir bəndəyə namaz qıldığı zaman? Söylə görək, əgər o bəndə doğru yoldadırsa, yaxud Allahdan qorxmağı əmr edirsə, onda necə olsun? Söylə görək, əgər o kafir haqqı yalan sayıb üz döndəribsə, onda necə olsun? Məgər o bilmir ki, Allah görür? Xeyr! Əgər son qoymasa, Biz onun kəkilindən tutacağıq – yalançı, günahkar kəkilindən. Qoy öz yığnağını çağırsın. Biz də əzab mələklərini çağıracağıq. Xeyr, sən ona qulaq asma! Səcdə qıl və Allaha yaxınlaş!" (əl-Aləq, 9-19).
Onlar bunu bilməyərəkdən etdiklərinə görə kafir sayılmasalar da, bu məsələdə Uca Allah onlara itaət etməyi qadağan etmişdir. Əslində ailə başçısı özü namaz qılmalı və ailəsindən də bunu tələb etməlidir. Uca Allah buyurur: "Ailənə namaz qılmağı əmr et, özün də onu səbirlə yerinə yetir. Biz səndən ruzi istəmirik, əksinə sənə ruzi verən Bizik. Gözəl aqibət təqvaya bağlıdır". (Ta Ha, 132).
Həmçinin buyurur: "Ey iman gətirənlər! Özünüzü və ailənizi yanacağı insanlar və daşlar olan oddan qoruyun!" (ət-Təhrim, 6).
Alimlər demişdirlər ki, əgər əri xanımının namaz qılmaq, hicab geyinmək kimi vacib əməlləri yerinə yetirməsinə zorla mane olarsa və bununla da onu günaha sürükləyərəsə, qadın ərinin islah olunması baxımından ondan üç gün müddətinə küsə bilər. Qadın uzun müddət səbr və dua edərək gözləməsinə baxmayaraq, əri yenə də islah olmursa və qohumlardan mötəbər insanların bununla bağlı nəsihətlərini dinləmirsə, bu zaman qadının ondan boşanmağa da ixtiyarı var. Lakin, istənilən halda bunların hamısı götür-qoy edilməli, böyüklərlə məsləhətləşilməli və sonra qərar verilməlidir. Ona görə də gizli də olsa namaz qılmağa çalışmalı və bundan dönməməlisiniz. Uca Allaha onlara hidayət verməsi və sizə kömək etməsi üçün çoxlu dua edin, çünki insanların qəlbləri Allahın əlindədir. Allah sizə kömək olsun və işlərinizi asanlaşdırsın! Daha ətraflı: