Namaz qılmayanın kəbində vəli ola bilməməsi doğrudurmu?

    25.07.2016
Kimdən: 
Sevinc
Sual: 
Assalamu aleykum ve rehmetullahi ve bereketuh.. menim atam dunyasini deyisib... deyirlerki kebinide namaz qilan veli razilig vermelidi.... bizim nesilde namaz qilan yoxdu.. yeni emiden dayidaan... bu zaman velilik kime kecir.. lakin bizim kebinimizi imam veli olaraq kesib... bu dogrudurmu?? Lakin anamin xeberi yoxdur...ALLAH razi olsun
Cavab: 

Və aleykum Salam və rahmətullahi və bərakətu. Alimlər Quran və səhih hədislərdən dəlillər əsasında Azərbaycan əhalisinin müsəlman olduğunu demişlər. Yalnız təkfirçi, xəvaric və digər dini radikallar heç bir qeyd-şərtsiz, hüccət qaldırılmadan namaz qılmayana kafir adı verirlər. Bu yolla onlar gənc qızları da aldadırlar ki, guya onların vəlisi (atası, əmisi, qardaşı, babası və s.) kafirdir və ondan icazə almağa ehtiyac yoxdur. Əslində isə vəli olan yerdə imamın vəlilik etməsi haramdır və həmçinin kəbini anadan gizlətmək də icazəli deyil. Belə kəbin batildir, ona görə də yenidən, vəlinin icazəsi ilə kəbin kəsdirmək lazımdır. Daha ətraflı:
Cahillik üzrlüdürmü?
Nikahın qaydaları

Mənhəc və təkfir məsələləri

Teqlər: 
Paylaş: