Paltarın nəcis dəymiş yerini yuyub onunla namaz qılmaq olar?
Sual:
Salam menim paltarima biraz sidiy deyib men paltarin o hissesini yuyub sora namaz qila bilerem tesekkur edirem
Cavab:
Və aleykum Salam. Bəli, paltarın nəcisə bulaşmış hissəsini təmizləndikdən sonra o paltarda namaz qıla bilərsiniz. Xovlə binti Yəsar dedi: "Ey Allahın elçisi, mənim yalnız bir libasım var və aybaşı olarkən həmin paltar əynimdə olur. Mən necə edim?" Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) dedi: "Təmizləndikdən sonra qan dəymiş yeri yu sonra həmin paltarda namaz qıl". Qadın: Ey Allahın elçisi, əgər ləkəsi getməsə? Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) buyurdu: "Su ilə yuman kifayətdir, onun ləkəsinin qalması sənə bir zərər verməz". (Əbu Davud, 2/ 26/ 361). Bu hədis paltarın çirkab dəyən hissəsinin su ilə təmizlənməsinə dəlildir. Yəni bütün paltarı yumağa ehtiyac yoxdur.