Yataq qibləyə tərəf ola bilərmi və digər suallar

    23.08.2016
Sual: 
Salam1Ər və arvadın yatağı qibləyə tərəf ola bilər?2Hansısa günü başqa dinlərin günləri olmadan özün üçün xüsusi gün seçib qeyd etmək olar?3Kişinin saqqalı uzun,şalvarı nəyə görə qısa olmalıdır?Bilirəm bu sünnədi.Amma nəyə görə belə edirlər?4Donuz haramdısa bəs nə üçün yaranıb?Nəyəsə faydası var?5Bilirəm ki,qadınların öz aralarında və yaxud tək dəf çalıb oynaması və oxuması olar?Bəs bunu hər vaxt edə bilərlər yoxsa hansısa günlərdə?Toy mərasimində də edə bilərlər.6Quran oxuduqları halda taraş olanları öldürün ifadəsi doğrudur?Bu nə mənaya gəlir?7Aşura günü hədiy bişirmək olar?Ümumiyyətlə hədiy nə məna daşıyır?8Hansısa məzhəbə uyduqda günah etdikdə günah o məzhəbi yaradan insana yazılır?Sağol
Cavab: 

Və aleykum Salam.

  1. Yatağın qibləyə tərəf olmasına qadağa yoxdur.
  2. Hər hansı bir günü özün üçün xüsusi gün kimi seçmək dinimiz tərəfindən icazəli deyil. Daha ətraflı: Ad günü qeyd etmək olarmı? 
  3. Bu cavabları oxuyun:
  4. Haram şeylərlərin yaradılmasının hikmətlərindən biri də insanları sınağa çəkilməsidir
  5. Bayramlarda, toyda, əqiq mərasimində (uşaq doğulması münasibətilə) və s. günlərdə edə bilərlər. Çox tez-tez etmələri bəyənilmir
  6. Bu ifadəyə rast gəlməmişik
  7. Aşura günü yas saxlamaq və ya hədiy bişirməyin dinimizlə heç bir əlaqəsi yoxdur. Daha ətraflı: Məhərrəm ayında yas saxlamaq olarmı?
  8. Bəli, insanlar bilməyərəkdən kiməsə tabe olaraq günah etdikdə həmin insana günah yazılır. Bilərəkdən etdikdə hər ikisinə yazılır.
Paylaş: