Qüsl aldıqda başın yuyulmaması qüslu batil edir?
Sual:
Salam. Sualim beledir. Cenabetli olub qusl alanda sacimi seher yudugum ucun qusl alanda yumadim. Bir defe su tokdum. Ama deyimki ustu islanmis kimi oldu lap hamisi su olmadi. Sizsin qusl alma qaydasini vacib quslu etdim. Sacimin hamisinin islanmadigina gore quslum sayilmir ? Ele qildigim namazlari yeniden qilmaliyam ?
Cavab:
Və aleykum Salam. Qüsl aldıqa bədənin hər yeri, o cümlədən baş da yuyulmalıdır. Qadınlar cənabət qüslu alanda saçlar tam islanmasa da başa üç dəfə su tökmək kifayət edir. Siz üç dəfə su tökmədiyiniz üçün yenidən qüsl almalı və bu halda qılınana namazları yenidən qılmalısınız. Həmçinin, bilmək lazımdır ki, xəstələnmək ehtimalı olduqda qüsl əvəzinə təyəmmüm alıb namazları qılmaq olar. Sonra xəstələnmək təhlükəsi sovuşduqda qüsl almaq lazımdır. Daha ətraflı:
Hansı hallarda təyəmmüm etmək olar və onu pozan şərtlər hansılardır?
Qadınlar qüsl alanda saçlar nə qədər islanmalıdır?
Hansı hallarda təyəmmüm etmək olar və onu pozan şərtlər hansılardır?
Qadınlar qüsl alanda saçlar nə qədər islanmalıdır?