İmamzadə Allahın evi sayılırmı və ora nəzir vermək doğrudurmu?
Sual:
Salam imanzade allahin evi sayilirmi ve ora nezir demek duzgundur cox xayis edirem menimde suallarimi cavablandurin sagolun
Cavab:
Və aleykum Salam. Pirlər, qəbir üzərində tikilmiş məscidlər, ziyarətgahlar Allahın evi sayılmır və ora getməkdən çəkinmək lazımdır, çünki həmin yerlərdə bəzi insanlar Allaha şərik qoşaraq qəbirdən yardım istəyir, Allahdan başqası üçün qurban kəsir və s. şirk əməllər edirlər. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: "Peyğəmbərlərinin qəbrini məbəd halına gətirənlərə Allah lənət etsin..." . Həmin yerlərdə nəzir vermək əvəzinə yaxın qohum və ya tanışlardan ehtiyacı olanlara sədəqə versəniz, Allahın razılığını qazanmış olarsınız. Daha ətraflı:
Pirləri ziyarət etmək və onlardan yardım diləmək düzgündürmü?
Pirə gedib Allaha şərik qoşmuram deyənlərə cavab