Pirə gedib "Allaha şərik qoşmuram" deyənlərə cavab

    13.07.2014
Sual: 
salamun eleykum.size sual verdim ki pirleri ziyaret etmek savabdirmi?yeni deyirler ki,meselen etaga Allahin momin bendesi olub.ona gore onu ziyaret etmek savabdi.buna cavabiniz nedi?deyirsiz pirler muqeddes deyil.beli deyirler bilirik muqeddes deyil,biz pirden hec ne istemeye getmirik.sadece ziyaret edirik savabdi deye.bele deyene cavabiniz?
Cavab: 

Aleykum salam. Belə yerləri ziyarət etmək savab yox, günahdır. Hətta siz şərik qoşmasanız da, Allaha şərik qoşulan yerlərdən uzaq olmaq lazımdır. Mömin insanların qəbrini qəbristanlıqda ziyarət etmək olar. Amma qəbirin üzərində məscid tikilibsə və orada dinə zidd əməllər işlənilirsə (qəbirdən yardım istənilir, qəbir təvaf edilir - ətrafına dövrə vurulur və s.) ora getmək haramdır. Peyğəmbərin (Allahın Ona və ailəsinə salavatı və salamı olsun) xanımı Aişə (Allah ondan razı olsun) Allah Rəsulunun (salləllahu aleyhi və səlləm) ölümündən əvvəl belə dediyini bildirib: "Peyğəmbərlərinin qəbrini məbəd halına gətirənlərə Allah lənət etsin! Aişə (radıyəllahu anhə) deyir ki, əgər Allah Rəsulunun (salləllahu aleyhi və səlləm) bu sözləri olmasaydı, onun da qəbri kənardan görsənəcək şəkildə düzəldiləcəkdi".
Uca Allah buyurur: "Orada heç vaxt namaz qılma. İlk gündən binası təqva (Allahdan qorxub pis əməllərdən çəkinmək) üzərində qurulmuş məscid namaz qılmağına daha layiqdir. Orada paklanmağı sevən insanlar vardır. Allah pak olanları sevər!" (ət-Tovbə, 108).
Sabit ibn Dahhak (Allah ondan razı olsun) rəvayət edir ki: "Bir gün bir nəfər "buvanə" adlanan yerdə dəvə qurban kəsməyi nəzir etmişdi və peyğəmbərimizin (salləllahu aleyhi və səlləm) bu haqda fikirini öyrənmək istədi, peyğəmbər (salləllahu aleyhi və səlləm) də ona orada cahilliyə dövründə insanların ibadət etdiyi büt olubmu? - deyə soruşdu: O da "xeyr olmayıb" deyə cavab verdi. Peyğəmbər (salləllahu aleyhi və səlləm) yenə soruşdu: Orada müşriklərin (Allaha şərik qoşaraq ibadət edənlərin) bayram keçirdikləri yer olubmu? O, şəxs "xeyir" deyə cavab verdikdən sonra Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurdu ki, əhdinə əməl et, get qurbanını kəs!" (Əbu Dəvud, "Sunən" əsəri). Bu hədisə əsasən, Uca Allahdan qeyrisi üçün qurban kəsilən yerdə Uca Allah üçün qurban kəsmək haramdır. Həmçinin, ora getməklə bir növ orda işlənən şirk əməllərə göz yummuş, razılaşmış sayılırsınız,  avam adamlar da sizin ora getdiyinizi görüb bunun doğru olduğunu zənn edirlər.
Digər hədisə əsasən yalnız 3 məscidi ziyarət etməyə icazə verilir. Əbu Hureyrə (Allah ondan razı olsun) Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: "Üç məsciddən başqa heç bir yerə ziyarət səfəri etmək olmaz: Məscidul-Haram (Kəbə), Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) məscidi (Mədinədə yerləşir) və əl-Əqsa məscidi (Qüdsdə yerləşir)". (əl-Buxari, 1189). Həmçinin mövzü ilə bağlı bunları oxuyun: 
Ətağa müqəddəsdirmi?
Qəbirləri ziyarət edən zaman hansı qaydalara riayət etməliyik?
Allahdan kömək istəyərkən kəramət sahiblərinin xətirni vasitə tutmaq olarmı?

Teqlər: 
Paylaş: