Heyzdən sonra gələn ləkəyə görə qüsl alınmalıdır?

    25.09.2016
Kimdən: 
Fatime
Sual: 
Allahin salami olsun. Qusulu olanda Quran oxuya bilmirem ve bu meni çox narahat edir. Qusulumu tokduyden sonrada leke deyir 2-3 gun bele olan halda men paxil quslu tökub Quran oxumaliam yoxsa o lekeye fikir vermiyib Qurana davam etmeliyem.
Cavab: 

Salam aleykum. Qadınlar heyz qanını rənginə, iyinə və digər şeylərə görə fərqləndirə bilirlər. Əgər heyz qurtardıqdan sonra heyzdən sayılmayan qan ləkəsi gəlsə, həmin hissəni təmizləmək kifayətdir, qüsl almağa ehtiyac yoxdur və Quranı ələ götürüb oxumaq olar. Dediyiniz "paxıl qüslu" anlayışı isə dinimizdə yoxdur. Daha ətraflı:
Tünd ləkələr heyz qanından sayılırmı?

Paylaş: