Qaynanam ərimi mənə qarşı qızışdırır və anamla danışmağa icazə vermir...
Sual:
Qaynanam her iwime qariwir.oglunu qisqanir.ama sorada deyirki men sene yacwiyam hec bir iwine qariwmiram.anamida gormek istemir.cunki o biri gelnin dediyine gore anasi bowatfirib.ele fikirlewirki menimde anam ele olar.birdeki erimide doldurur oda mene ne desemde inanmir.anasinin mene qarwi ele olmagin ona daniwmamiwam.anasi xestedi ona gore qelbin qirmiram ama o meni cooox qirir.ne edim bilmirem.her gun goz yawi.telefonuda qadaga qoydurur anamgilide.sizden meslehet istirem neve dozum teselli axtaram
Cavab:
Salam aleykum. Əvvəla, ərinizin və ya qaynananızın sizin ananızla danışmanıza qadağa qoymasına heç bir haqqı yoxdur və buna görə günah qazanır. Ərinizə əgər bacarırsınıza özünüz, əks halda sözünü eşidib dinlədiyi ağsaqqallar və ya qohumlar nəsihət etməlidirlər ki, Allahdan qorxsun və Onun qoyduğu həddləri aşmasın. Uca Allah buyurur: "Qoy onun (peyğəmbərin) əmrinə qarşı çıxanlar başlarına bir bəla gəlməsindən, yaxud özlərinə ağrılı-acılı bir əzab üz verməsindən qorxsunlar". (ən-Nur, 63). Yalnız ananız sizin ailə işlərinizə qarışaraq fitnə yaradırsa, bu halda qadağa qoya bilərlər. Qaynananız etmədiyiniz bir şeydə sizi ittiham edərək böhtan atırsa, bu halda şəriətə görə ittiham olunan tərəf (yəni, siz) yalandan and içəcəyi təqdirdə Uca Allahın əzabına düçar olacağından qorxaraq Uca Allaha and içməlidir. İttiham edən tərəf isə sübut gətirməlidir, sübut gətirə bilməsə onun sözünə inanılmır. Bütün bunlara baxmayaraq, onunla xoş davranın, hər dəfə qəzəbləndikdə Uca Allahın mükafatını düşünərək səbr edin, dini biliklərinizi artırın və dərslərə qulaq asın. Səbr birdən birə əldə olunmur, buna çalışmaq lazımdır. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: "Kim iffətli (həyalı, namuslu) olmaq istəyərsə, Allah onu iffətli edər. Kim səbrli olmaq istəyərsə, Allah onu səbirli edər. Kim də zəngin olmaq istəyərsə, Allah onu zəngin edər. Heç kəsə səbrdən daha xeyirli və geniş bir pay verilməmişdir". (Buxari, 6470; Muslim, 1053). Həmçinin çoxlu dua edin, çünki insanların qəlbləri Uca Allahın əlindədir. Daha ətraflı: