Dadı və iyi dəyişən suyu içmək və onunla qüsl almaq olamı?

    17.10.2016
Kimdən: 
Ferid
Sual: 
Salam. Spirt qoxusu ve dadi duşmüş sudan içmek ve qüsl üçün istifade etmek olarmi? Nezere alsaq ki bundan başqa istifade üçün su yoxdur.
Cavab: 

Və aleykum Salam. Suyun tərkibi dəyişdikdə, təmizləyicilik qabiliyyətini itirsə də içmək üçün yararlı ola bilər. Məsələn, sərinləşdirici içkiləri içmək olar, lakin onlarla dəstəmaz və ya qüsl almaq olmaz. Siz dediyiniz halda isə o suyu içdikdə sizə sərxoşedici təsir göstərmirsə, onu içmək olar. Lakin, iysi və dadı dəyişdiyinə görə belə sudan təmizlənmək üçün istifadə etmək məsləhət deyil. Bu halda təmizləyici kimi torpaqdan (təyəmmüm edərək) istifadə etmək olar. Həmçinin, oxuyun: Hansı hallarda təyəmmüm etmək olar və onu pozan şərtlər hansılardır?

Teqlər: 
Paylaş: