Parolu olmayan Wifi şəbəkəsindən istifadə etmək olarmı?

    25.10.2016
Kimdən: 
.
Sual: 
əssəlamu aleykum va rahmətullahi va bərakətuhu. Allah sizləri xeyirlə mükafatlandırsın. əmin 1.evimizlə üzbə üz şirkət var və wifi kodsuzdu. məhlədə hər kəs bundan istifadə edir. məndə istifadə eliyə bilərəm? problem olmaz in şəə Allah? 2.biri hər gecə mülk surəsini oxuyursa və aylıq adət halında əzbər yaxudda telefondan oxuya bilər? 3.ərəb dilində oxuyanda və səcdə ayəsində qadın başıaçıq səcdə eləyə bilər?
Cavab: 

Və aleykum Salam və rahmətullahi və bərakətu.
1. Hər bir halda halallıq almaq lazımdır. Əgər həmin Wifi şəbəkəsinin sahibi başqalarının da faydalanması üçün qəsdən parol qoymayıbsa, bu zaman sizin də istifadə etməyiniz qəbahət deyil. Amma parol qoymağı unudubsa, bu halda istifadə etməyin, çünki şəbəkəyə çox adam qoşulanda internet sürəti zəif olur və həmin şirkətin öz işinə mane olur.
2. Bəli, hər gecə həm əzbərdən, həm də telefondan Mulk surəsini oxumaq icazəlidir.  Cabir ibn Abdullah (Allah ondan razı olsun) belə dedi: “Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) Səcdə və Mulk surələrini oxumadan yatmazdı”. (Tirmizi, 3627). əl-Mulk surəsinin fəziləti
3. Qadın başı açıq şəkildə naməhrəm olmayan yerdə həm Quran oxuya bilər, həm də səcdə ayəsinə görə səcdə edə bilər.

Teqlər: 
Paylaş: