Pis vəziyyətdə olan adama necə ruqyə etmək olar?
Sual:
Salam Aleykum. Güclü rukiye olunmağa ehtiyacı olan var, ama rukiye eden tapılmır ki, onun yanına aparaq oxusun. Evde rukiye seslendirilir ama cin bedeninnen çıxmır ona eziyet verir.
Cavab:
Aleykum salam. Həmin insana özünüz ruqyə (Quranla müalicə) oxuya bilərsiniz. Həmin insanı uzandırıb əlinizi onun başına qoyaraq ruqyə ayələrini və ümumən Qurandan bildiyiniz ayələri bir saat və ya daha çox oxuyun. Bu zaman həmin insanda əl və ayaqların titrəməsi, istilənmə və ya üşümə, ürəksıxılma, qışqırma və ya qəribə sözlər danışmaq kimi hallar ola bilər. Bu hallara fikir verməyərək həmin insan rahatlaşana qədər ruqyə oxumağa davam etmək lazımdır. Müalicənin bir neçə gündən bir təkrarlanması lazım ola bilər. Əgər bacarmasanız bu halda məscidlərdən bunu bacaran insanlar haqda maraqlana bilərsiniz. Daha ətraflı:
Ruqyə necə oxunur?
Cadudan necə qorunmaq olar?