Ərim şəhid olub, onunla kəbinimiz nə vaxta qədər davam edəcək?

    27.08.2016
Sual: 
Salam aleykum..bilmey isteyirem menim heyat yoldasim sehid olub..bizim dini kebinimizde var..yoldasim sehid olduqdan sora bizim kebinimiz men vefat edene qeder davam edeceymi? 2 sualim:yoldasim menim ve diger qohumlarin yuxusuna gelib men olmemisem Aglamayin deyir. Bu onun sehadetinin Allah terefinden qebul oldugunu gostere bilermi?yoldasim namaz qilmayib ancaq bir defe demisdiki basdiyacam namaz qilmaga cox yaxsi insan idi..Allahdan cox qorxurdu
Cavab: 

Və aleykum salam. Allaha dua edirik ki, sizin ərinizi və müharibədə şəhid olmuş bütün müsəlmanları bağışlasın, Cənnətdə ailəsi ilə birlikdə ən yüksək məqama çatdırsın. Uca Allah buyurur: "Allah yolunda öldürülənləri əsla ölmüş sanma. Əksinə, onlar diridirlər; özlərinin Rəbbi yanında onlara ruzi verilir". (Ali İmran, 169).
Əriniz öləndən dörd ay on gün sonra sizin kəbininiz qüvvədən düşmüş sayılır və istəsəniz yenidən ailə qura bilərsiniz. Uca Allah buyurur: "Sizlərdən ölənlərin qoyub getdiyi zövcələr dörd ay on gün gözləməlidirlər". (əl-Bəqərə, 234). Həmçinin, oxuyun:
Qadın bir neçə kişi ilə evli olubsa, Cənnətdə hansı ilə birlikdə olacaq?
Allah yolunda döyüşməyin fəziləti

Teqlər: 
Paylaş: