Uşaqlıqda edilən günah və hicab bağlaya bilməmək haqda

    17.10.2016
Sual: 
Salam.sizə 2 sualım olacaq 1)mən heyiz halında olmamışam amma namaz qılıram.hicab bağlamıram.isterdim bağlayam elebir bir qüvve meni hicab bağlamağa qoymur istiyirem gözümü yumum açım görüm başımda hicab.qorxuram bağlamaqdan.ama naməhrəm baxışlardan özümü çalışıram qoruyam istemirem ki bir oğlan mene sevgi gözüyle baxsın.2)men uşaq olanda zinaya yaxın hereket etmişem (mecbur).ama uşaq vaxtı bunun günah olduğunu bilmirdim bilsəydim vallah elemezdim heç o vaxtı zina ne olduğun bilmirdim boş dində tek Allahı tanıyırdəm.
Cavab: 

Və aleykum Salam.
1. Bu cavabı oxuyun: Namaz qılıram, amma hicab bağlamağa qorxuram
2. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Üç insandan qələm qaldırılmışdır (günahları yazılmır): Dəli ağıllanana qədər, yatan oyanana qədər və uşaq həddi buluğa çatana qədər". (Əbu Davud, 4380). Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: "Uca Allah mənim ümmətimə səhvən, unudaraq və məcburiyyət qarşısında edilənləri bağışlamışdır". (İbn Məcəh, 2043). Daha ətraflı: Məcburən günah edib sonra tövbə etsəm, Allah qəbul edər?

Teqlər: 
Paylaş: