Nənəm ondan halallıq almadığımız halda öldüyü üçün işlərimiz tərs gedə bilərmi?
Sual:
Salam.size evvelceden tewekkur edirem bele bir sayt ucun.sualim belediki.bir insandan hallaliq almadan vefat etse ola bilermiki insanin ruzisi azalsin,her iwi cetin alinsin yaxud alinmasin?menim atamin anasi atamla anama cox zulmler verib.yadimdadi bizi yarim tikili hec bir istiliyi olmayan eve bele kocurtdu qiwda.baxmiyaraqki atam iwdeyib olari saxlayirdi ve qazanci ancaq nenemde olardi.nenem bizi bir qepiksiz o eve kocurduki balaca ogluma gelin getirecem.iller kecdi emimde rehmete getdi evlenenden az sora.sorada nenem dozenmeyib vefat etdi.baxmiyaraqki o zulmkar olub.atamla anam hemiwe ona baw eyib.olendede halalig istediler o hecne demeyib gozun yumdu heyata.bizimde her iwimiz ters gedir
Cavab:
Və aleykum Salam. Ümumən haqqına girdiyiniz insanlardan əcəl gəlməmiş halallıq almaq lazımdır, əks halda Qiyamət günü savablarınızdan götürülərək ona veriləcək və ya onun günahlarından sizə yüklənəcək. Nənəniz də sizin üzərinizdə haqqı böyük olmasına baxmayaraq, sizə zülm edibsə, bunun əvəzini alacaq. Daha ətraflı: Qul haqqı barədə
İşlərinizin hansı səbəbdən pis getməsini isə yalnız Allah bilir. Hər bir halda bu bir imtahandır, duaları çoxaldın ki, Allah sizə çıxış yolu göstərsin və işlərinizi asanlaşdırsın. Daha ətraflı:
Dualarımın qəbul olması üçün nə edim?
Ata-ananı incitməyin günahı barədə