Spirtli içkini alan adam günah qazanırmı?

    25.10.2016
Kimdən: 
adminka
Sual: 
Salam. Bele bir sualim var. Deyirsinizki subh namazina dura bilmeyende sora ne vaxt ayilsan qilmaq lazimdi. Gun cixandan sora dursaq misal saat 10-da subh namazinin niyyetininde uje qeza namazi demeliyemde he ? İkinci sualimda beledir. namaz qilanda edilen dualar en cox qebul olunur. Secdeye gedende dua edin yazilir. Bes namazi bitirmemis secdede dua etmek duzgun olar ? Yeni namazin arasinda ? Onu deqiq oyrenmek isteyirdim. Birde axirinci sualimi verim. Bu spirtli icki barede cox narahatam. Namaz qiliram. Atam spirtli icki icir. Bacardigim qeder uzaq qaciram. Ama cox vaxt onu almaga gonderir meni. Pis veziyyetde qaliram. İcimde narahat ola ola istemiyerek gedib aliram. Gunah yazilir ?
Cavab: 

Və aleykum Salam.
1. Niyyəti dillə demək lazım deyil. İslam dinində Həcc və Ümrədən başqa heç bir ayin dil ilə tələffüz olunmur. Qəlbdəki məqsəddən artıq bəlli olur ki, namazın vaxtı keçib və qəza namazı qılınır. Həmçinin, oxuyun: Niyyət etmək bidətdirmi?
2. Səcdədə dua etmək icazəlidir. Hədislər də sübut edir ki, namaz qılanda edilən səcdədə dua etmək lazımdır. Bu hədislərdə ərəb dilində dua etmək deyilmir, sadəcə dua etmək deyilir. Daha ətraflı: Namazda öz dilində dua etmək olarmı?
3. Spirtli içki içmək, həmçinin onu alıb gətirmək günahdır. Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) buyurur: "Allah içkini sıxana, sıxdırana, içənə, daşıyana, daşıdana, təqdim edənə, satana, pulunu yeyənə, satın alana və aldırana lənət etmişdir". (ət-Tirmizi: "Sehr", 59; Əbu Dəvud: "Əşribə", 2). Siz atanızın kefi yaxşı olan vaxtlarda gözəl əxlaqla bunun böyük günah olduğunu və Cəhənnəm əzabına səbəb ola biləcəyini xatırladın. Daha ətraflı: İçki içməyin günahı 

Teqlər: 
Paylaş: