Azan səsi gələndə qorxmaq normaldır?
Və aleykum Salam.
1. Azan səsi eşidərkən qorxu hissinin gəlməsi şeytandandır. Sizdə bu hal varsa, qorxu hissinə fikir verməyərək daha çox azan səsinə və Quran oxunuşuna qulaq asın ki, Uca Allahın izni ilə bu hal keçib getsin. Peyğəmbərimiz (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) demişdir: "Namaz üçün azan veriləndə şeytan bərkdən yel buraxaraq qaçır ki, bu çağırışı eşitməsin, azan qurtardıqda isə geri qayıdır. İqamə veriləndə yenə dönüb qaçır, iqamə bitdikdə isə geri qayıdır və nəhayət, insanla onun qəlbi arasında dayanıb ona: "Filan şeyi və filan şeyi yadına sal" - deyərək (namazı qurtarana qədər) onun yadına düşmədiyi şeyləri ona təlqin edir. Axırda o adam neçə (rükət) qıldığını (yadına sala) bilmir". (əl-Buxari, 608).
2. Bu cavabı oxuyun: Cadudan necə qorunmaq olar?
3. Zikrlər müxtəlifdir. Səhər və axşam zikrləri, namazdan sonrakı zikrlər, yeməyə başlayanda və qurtaranda, evdən çıxanda və girəndə və s. Gündəlik zikrləri bu kitabdan öyrənə bilərsiniz: Müsəlmanın qalası (dua və zikrlər)