Bilmədən qüsulsuz halda qılınan namazları yenidən qılmaq lazımdırmı?
Sual:
Assalamu aleykum.Bir sual vermek isdiyirem.Meni ifraz olunursa qüsl pozulur.Eger bir oğlanda meni ifraz olursa eger buda qüslu pozursa bu oğlanda bilmir ve yeni qüsl almır.Bu adamda namaz qılan olur.Ve yeni qüsl almadan (bilmiyerekden) Namazı bele qılır.O qıldığı namazlarda qezaya gedir? Yoxsa day qezasını qılmır.Qezaya gedirsede namazlar bu da o namazın sayını bilmir ki ne qeder qezaya gedir.Yeni o bu namazları qılmalıdır.(Vacibdir).Önceden teşekkürler.
Cavab:
Və aleykum Salam. Əgər bu adam qüsl pozulanda qüsl almağın vacib olduğunu bilmirdisə, qüsl alıb növbəti namazlarını qılmalı və qəza etməməlidir, çünki həmin adam bilmədiyinə görə üzrlüdür, yalnız bildiyi günün qəzalarını qılır. Lakin, əgər həmin şəxs bu əhkamları bilirdisə, o namazlar bir neçə gündürsə, namazları qəza etməlidir. Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurur: "Nə dəstəmazsız (və ya qüsulsuz) namaz, nə də xəyanətlə əldə edilmiş maldan sədəqə qəbul olunar". (Muslim, 224/ 329). Namazların üzərindən müddət çox keçibsə, tövbə etməli, bağışlanmaq üçün xeyirli əməlləri çoxaltmalı və qüsl alıb namazlarına davam etməlidir və qəza etməməlidir.