Atam məni məscidə getməyə qoymadığına görə evi tərk edə bilərəmmi?
Və aleykum Salam və rahmətullahi və bərakətu. Valideynin sizi məscidə qoymaması başa düşüləndir. Çünki, valideynlər elə bilirlər ki, məscidə getsən pis insanlara qoşulacaqsan. Günümüzdə baş verən hadisələr valideynlərimizi bu addımı atmağa vadar edir. Bunu sərtlik kimi qarşılamayın, onlar öz övladlarını təhlükədən qorumağı belə etməkdə görürlər. Əgər namaza etiraz etmirlərsə, bu artıq nailiyyətdir. O, sizin atanızdır. Ata haqqını unutmayın. Həmçinin, sualdan bilinir ki, siz cavansınız. Bir qədər səbirli olun. Ona görə çalışın atanızla münasibətləri korlamayasınız. Cümə namazına getmək vacibdir. Amma digər namazlara getmək yalnız azanı eşitdiyiniz təqdirdə vacibdir. Vacib olmayana görə özünüzə ata haqqını pozmaqla günah qazandırmayın. Mülayim olun. Həmçinin oxuyun:
Ailəm cahil olduğu üçün onları tərk edə bilərəmmi?
Ata ilə küsülü qalmaq olarmı?