Namaza başlayan kimi pislik edənlərə qarşı qarğış etmək düzdürmü?

    11.11.2016
Kimdən: 
DAMLA
Sual: 
salam sualım mənim tanidiğım biri namaza başlayacak və deyir ki namaza başladığımda mənə pislik edən insanlara qarğış tökəcəyəm mənim ona olan fikrimsə nə qədər günahsız olsan belə namazı qarğış üçün istifadə edilməməlidir siz nə düşünürsünüz birdə dediyim insan yetkin yaşlı biridir
Cavab: 

Və aleykum Salam. Bəddua etmək haram olmasa da, çox bəddua etmək dində bəyənilmir. Müsəlman mülayim, rəhmli, bağışlanma yolunu tutan olmalıdır. Uca Allah buyurur: "Sən bağışlama yolunu tut, yaxşı iş görməyi əmr et və cahillərdən üz döndər". (əl-Əraf, 199). Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) buyurmuşdur: "Rəhm edənlərə Mərhəmətli Allah rəhm edər. Yerdəkilərə rəhm edin ki, göydəki Allah sizə rəhm etsin". (Əbu Davud, 4941). Lakin, müsəlmanın onun haqqına girənə haqqını halal etməmək hüququ var. Daha ətraflı:
Qul haqqı barədə
İslam dini lənəti bəyənirmi? 

Teqlər: 
Paylaş: