Gecə namazını Məğrib namazı kimi üç rükət qılmaq olarmı?

    17.11.2016
Kimdən: 
Zaur
Sual: 
Salam. Zəhmət olmasa deyərdiniz, sübh namazına 30 dəqiqə qalmış məğrib namazı kimi 3 rükət gecə namazı qılmaq olarmı? Allah Sizə kömək olsun.
Cavab: 

Və aleykum Salam. Ümumən gecə namazı İşa namazından sonra Sübh namazınadək istənilən vaxt qılına bilər. Ancaq, bu namazı gecənin son üçdəbir hissəsində qılmaq daha üstündür. Gecə namazını üç rükət qılmaq olar, lakin Məğrib namazında olduğu kimi bu namazda ikinci rükətdə təşəhhüdə oturmadan birbaşa üçüncü rükətə qalxıb namazı davam edəcəksiniz. Daha ətraflı:​​​​​​​ Gecə namazı nə vaxt və necə qılınmalıdır?

Teqlər: 
Paylaş: