Dırnaqları həftənin hansı günü kəsmək yaxşıdır?

    18.11.2016
Sual: 
Salam! Dirnaqlari heftenin hansi gunleri kessek yaxsidir. Ve dirnaq kesilen vaxti, her hansi dua oxumaq lazimdirmi?
Cavab: 

Və aleykum Salam. Ənəs ibn Malik (Allah ondan razı olsun) belə rəvayət etmişdir: "Bizə bığlarımızı qısaltmaq, dırnaqlarımızı tutmaq, qoltuğun altındakı tükləri təmizləmək və övrət yerində çıxan tükləri qırxmaq üçün qırx gündən artıq olmayan vaxt təyin olunmuşdur". (Muslim; 379, 622).
Dinimizdə dırnaqları kəsmək üçün xüsusi bir gün təyin olunmayıb. Lakin, cümə günləri məsciddə insanlar bir araya toplandığı üçün təmizlik baxımından ehtiyac varsa, həmin gün kəsə bilərsiniz. Amma bu gün dırnaq kəsməyin daha üstün olduğunu düşünmək yalnışdır. Həmçinin, dinimizdə dırnaqları kəsərkən hər hansı bir duanın oxunması barədə də heç bir məlumat verilməyib. Həmçinin oxuyun: Cümə gününün ədəb qaydaları

Teqlər: 
Paylaş: