Valideynin razılığı ilə lakin onların iştirakı olmadan kəbin kəsdirmək olarmı?
Sual:
Assalamu Aleykum
1. Nişanlı olduqda dini nigah olmadan tək qalmaq əl ələ tutmağın zinaya aparan yol olduğunu demisiniz. nişanlı olub qadının ata anasının razılığı ola ola gedib bacaran biri vasitəsilə oğlan və qız nigah kəsdirə bilərmi yoxsa valideynlərin orda olmağı şərtdirmi. Yəni nişanlı olub evlənməyi düşünüb lakin evliliyə maddi imkanı uyğun olmayanlar 3 ay 5 ay belə birşey edə bilərmi
2. İpoteka ilə ev almaq olarmı. Bildiyimiz kimi maddi durum uyğun deyilki uyğun məbləği verib ev alasan.Kirayədə hər ay 300 azn verib qalmaqda bir yerə qədər olur sonda isə heçnə olmur ortada yəni kirayəyə verilən məbləği ipotekanın aylıq ödənişi kimi eləsək nəsə əldə etmiş olarıq.
Cavab:
Və aleykum Salam.
1. Nigah məsələlərinə görə bacaran birinə yox, məscid imamlarına müraciət etmək lazımdır. Kəbinin mahiyyəti isə valideynlərin razılığı və şahidlərin olmasından ibarətdir. Nigah kəsiləndə mütləq qadın tərəfdən vəli olmalıdır. Daha ətraflı: Nikah bağlamağın qaydaları
2. Bu cavabı oxuyun: Başqa yol yoxdursa, ipoteka ilə mənzil almaq günahdırmı?