Səbəbini bildirmədən evə gec gələn və içki içən kişi xanımından halallıq almalıdırmı?

    24.12.2016
Sual: 
Ərim gecələr evə gəlmir iş adı ilə...həmin gecələr içir...demir harda olur ,demir hara gedir.həftələrnən gəlmir.Mən onun halal arvadı..onun ixtiyarı var mı məndən halallıq almadan gecə evə gəlməmək və içmək və olduğu yeri mənə deməmək?
Cavab: 
Salam aleykum. Spirtli içkilər içmək haram olduğuna görə onun üçün kimdənsə halallıq almaq yox, həmin əməli tərk edib Uca Allaha tövbə etmək lazımdır. Siz də ona gözəl şəkildə izah etməyə çalışın ki, Allah spirtli içkiləri haram edib. Digər qeyd etdiyiniz hallarda isə müsəlman kişi ehtiyac olmadan evə gec gəlməməlidir, çünki zövcənin, uşaqların haqları kişinin məsul olduğu ailə vəzifələrindən biridir. Peyğəmbər (salləllahu aleyhi va səlləm) belə demişdir: "Hər biri­niz himayəçi­siniz və hər biriniz himayəsində olanlara cavabdehdir. Əmir himayədar­dır və o, öz rəiy­yətinə cavabdehdir. Kişi öz ailəsinin hamisidir və o, öz hima­yəsində olanlara cavabdehdir. Qadın ərinin evinə nəzarət edəndir və o, öz nəzarətində olanlara cavabdehdir. Xidmətçi ağasının malına nəzarət edən­dir və o, buna cavab­dehdir. Hər biri­niz himayəçisiniz və hər biriniz himayə­sində olanlara cavab­deh­dir". (əl-Buxari, 893). Həmçinin, əgər kişinin evə gec gəlməsinə şəriətə müxalif olmayan zəruri səbəb varsa, bu zaman daha yaxşı olar ki, bu barədə qabaqcadan həyat yoldaşının nigaran qalmaması üçün onu xəbərdar etsin. Lakin zövcəsindən halallıq alması labüd deyil. Həmçinin oxuyun:
Teqlər: 
Paylaş: