Namazda fikir yayındıqda təkrar qılmaq lazımdırmı?

    22.11.2016
Kimdən: 
Zeyneb
Sual: 
Salamualeykum varahmatullahi ve bereketuhu.men namaza basdadiqda aglima her sey gelir namazdan yayiniram ne oxudugumu bilmirem men ne etmeliyem namzdan cixib tekrar qilmaliyam?
Cavab: 

Və aleykum Salam və rahmətullahi və bərakətuhu. Namaz qılmağa başlayan insana şeytan müxtəlif vəsvəsələr verməklə onu bu yoldan çəkindirməyə çalışır. Fikrin qarışması da belə vəsvəsələrdəndir. Vəsvəsə ilə isə mübarizə aparmaq yox, sadəcə əhəmiyyət verməmək lazımdır. Fikriniz yayınsa da namaz qılmalısınız. Daha ətraflı:
Namaz qılarkən fikrin qarışmaması üçün nə edim?

Paylaş: