11. Dəstəmazdan sonra edilən zikr
[Əşhədu ən lə iləhə illəllahu vahdəhu lə şərikə ləhu va əşhədu ənnə Muhəmmədən abduhu va Rasuluhu]
«Mən şahidlik edirəm ki, Allahdan başqa məbud yoxdur, O təkdir, Onun şəriki yoxdur və şahidlik edirəm ki, Muhəmməd Onun qulu və elçisidir!»[1]
[Allahumməc'alni minə-t-təvvabinə vəc'alni minə-l-mutətahhirin]
«Allahım! Məni tövbə edənlərdən et! Və məni təmizlənənlərdən et!»[2]
[Subhanəkəllahummə va bihəmdik, əşhədu ən lə iləhə illə əntə, əstəğfirukə va ətubu ileykə]
«Allahım, Sən pak və müqəddəssən! Sənə həmd olsun. Şahidlik edirəm ki, Səndən başqa məbud yoxdur. Səndən bağışlanma diləyir, Sənə tövbə edirəm».[3]