12. Evdən çıxarkən edilən zikr
[Bismilləh, təvakkəltu aləllahi va lə havlə va lə quvvatə illə billəhi]
«Allahın adı ilə! Allaha təvəkkül etdim. Qüdrət və güc yalnız Allahdadir!»[1]
[Allahummə inni əuzu bikə ən ədıllə, av udallə, av əzillə, av uzəllə, av azlimə, av uzləmə, av əchələ, av yuchələ aleyyə]
«Allahım! Doğru yoldan azmaqdan və ya azdırılmaqdan, çaşmaqdan və ya çaşdırılmaqdan, zülm etməkdən və ya zülmə məruz qalmaqdan, cahil olmaqdan və ya mənə qarşı cahillik edilməsindən Sənə sığınıram».[2]