İqamə vacibdirmi?
Sual:
Şam Namazinda iqame vacibdir mi? Namaz qilanda h herfini deye bilmirem meselçun Bismillah deyende o h herfini agir deyrem buda cetin olur men nece edim?
Cavab:
Və aleykum Salam.
1. Bu cavabı oxuyun: Namazdan əvvəl azan və iqamə vermək vacibdirmi?
2. Hətta səhv və ya çətinliklə tələffüz etsəniz belə, necə bacarırsınızsa o cür də tələffüz edin. Uca Allah buyurur: "Allah hər kəsi yalnız qüvvəsi yetdiyi qədər yükləyər (bir işə mükəlləf edər)". (əl-Bəqərə, 286).
Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) buyurmuşdur: "Uca Allah ümmətim üçün səhvən (bilmədən), unudaraq və məcburiyyət qarşısında edilənləri bağışlamışdır". (İbn Məcəh, 2043).